"Kapital Bank" ASC gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təşkil etməyə davam edir. Bu dəfə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kapital Bank otağı”nda və Bakı Slavyan Universitetinin karyera mərkəzində “Emosional zəka” mövzusunda təlimlər keçirilib.
Hər iki təlimi "Kapital Bank"ın İstedadların İdarə Edilməsi departamentinin İşçi Bağlılığı və Motivasiya şöbəsinin baş mütəxəssisi Nərmin Əhmədzadə keçirib. Təlim zamanı tələbələr emosional zəkanın iş həyatında və şəxsi inkişafdakı rolu, eləcə də onu artırmaq üçün effektiv üsullar və tətbiq sahələri haqqında ətraflı məlumat əldə ediblər.
Hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn "Kapital Bank" Azərbaycan Dövlət İqtisad Universiteti, ADNSU, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarının açılışını həyata keçirib. Bu otaqlar tələbələrin müxtəlif təlimlərdə iştirak edərək yeni bacarıqlar qazanması üçün istifadəyə verilib. Bank gələcəkdə də gənclər üçün innovativ təlim proqramları və tədbirlər keçirməyə davam edəcək.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün