“Kapital Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 166,073 milyon manat xalis mənfəətlə başa vurub.
9 ay ərzində “Kapital Bank”ın gəlirləri 1 milyard 57,94 milyon manat (illik müqayisədə 25,3 % çox), xərcləri 728,365 milyon manat (38,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 108,565 milyon manat (30,4 % çox), mənfəət vergisi ödəmələri isə 54,091 milyon manat (1,4 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 10 milyard 277,304 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,5 % çoxdur. Bunun 4 milyard 572,358 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,2 % böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 23,2 % artaraq 9 milyard 370,929 milyon manata, o cümlədən depozit portfeli 22,4 % artaraq 7 milyard 937,698 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 906,376 milyon manata çatıb.
Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlərini ümumi dəyəri isə 265 milyon manat olub.
"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün