"Kapital Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 13 iyul, 2018
  • 06:54
Kapital Bank maliyyə vəziyyətini açıqlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri 1 iyul 2018-ci il tarixinə 3,5 mlrd. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,3 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2018-ci il tarixinə 2,8 mlrd. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1,1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 264 milyon manat çoxdur.

Bankın 1 iyul 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 244,5 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank" Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.