“Kapital Bank”ın xalis mənfəəti 71 % artıb

Maliyyə
  • 17 yanvar, 2023
  • 10:37
“Kapital Bank”ın xalis mənfəəti 71 % artıb

“Kapital Bank” ASC 2022-ci ili 308,047 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 71,2 % çoxdur.

Ötən il “Kapital Bank”ın gəlirləri 1 003,289 milyon manat (əvvəlki illə müqayisədə 29,5 % çox), xərcləri 542,827 milyon manat (33,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 75,153 milyon manat (45,4 % az), mənfəət vergisi ödəmələri isə 77,262 milyon manat (50,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 7 822,164 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,6 % çoxdur. Bunun 2 789,577 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,3 % böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 15,4 % artaraq 6 995,518 milyon manata, o cümlədən depozit portfeli 17,5 % artaraq 6 098,625 milyon manata, balans kapitalı isə 27,5 % artaraq 826,646 milyon manata, o cümlədən nizamnamə kapitalı 8,1 % artaraq 265,85 milyon manata çatıb.