"Kapital Bank"ın istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 28 mart, 2024
  • 10:39
Kapital Bankın istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank" ASC-nin 35 milyon ABŞ dolları dəyərində istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 dollar olan 350 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Abunə yazılışının tarixi azı 1 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 84 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi