“Kapital Bank” ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün cizgi filmi hazırlayıb. Macara TV ilə birgə hazırlanan cizgi filmi uşaqların maarifləndirilməsinə yönəldilib. Animasiyada təbiətin mühafizəsi, xeyriyyəçilik və dostluq təbliğ olunur.
Cizgi filminin ssenarisinə görə “Macaraland”ın sakinləri parkda olarkən “Birbank” kartı tapırlar. “Birbank”ın personajı olan Biri balaca dostların köməyinə gələrək ödəniş kartı tapılan zaman hansı addımların atılmasını izah edir. Cizgi filminə “Kapital Bank”ın “YouTube” sosial şəbəkəsindəki səhifəsində baxa bilərsiniz –
Cizgi filmini “Macaraland” komandası hazırlayıb (
Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün