"Kapital Bank" ASC-nin depozit yerləşdirən müştərilər üçün həyata keçiridyi stimullaşdırıcı “Depozit lotereyası”nın ilk tirajı yekunlaşıb.
Şərtlərə əsasən 2-30 sentyabr 2024-cü il tarixlərində minimum 500 manat olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı qazanıblar. İştirakçılardan 40 nəfəri 1-ci tirajda qalib gəlib və maksimum 2 000 manat olmaqla ikiqat faiz ödənişi əldə ediblər.
Qaliblərin siyahısı:
Lotereyanın 2-ci tirajı isə 7 noyabr 2024-cü il tarixində keçiriləcək. Bu tirajda 60 şanslı müştəri ikiqat faiz ödənişi, 1 müştəri 50 000 manat pul mükafatı əldə edəcək. Lotereyada 31 oktyabr 2024-cü il tarixinə qədər şərtlərə uyğun Kapital depoziti yerləşdirən hər kəsin iştirak etmək şansı var. İlk tirajın qalibləri 2-ci tirajda iştirak etmirlər.
Xatırladaq ki, lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 aya qədər depozit yerləşdirən müştərilər iştirak edirlər. Filiallarda yerləşdirilən hər əlavə 1 000 manat depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1 000 manat üçün 20 şans yaradır. İlk tirajda qalib olmayan müştərilərin ikinci tirajda qalib olma şansları davam edir.
Lotereya haqqında ətraflı məlumat üçün:
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün