"Kapital Bank"ın aktivləri 16% artıb

Maliyyə
  • 22 aprel, 2016
  • 12:05
Kapital Bankın aktivləri 16% artıb

Bakı. 22 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri ilin əvvəlindən 15,64% artaraq 2 335,701 mln. manata yüksəlib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə nağd vəsaitlərin həcmi 18,6% azalaraq 248,989 mln. manata enib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,72% artaraq 1 181,64 mln. manata yüksəlib.

Hesabat dövründə Bankın depozit portfeli 6,0% artaraq 1 108,263 mln. manata çatıb. Cari il aprelin 1-nə Mərkəzi Bankın "Kapital Bank"a qarşı tələbi 100,0 mln. manat olub. Qeyd edək ki, Bankın məcmu kapitalı (tutulmalardan əvvəl) 291,051 mln. manat təşkil edib. 

Hesabata əsasən, I dərəcəli kapitalın adekvatlıq əmsalı 18,79%, məcmu kapitalın adekvatlıq əmsalı 19,70% olub. Bildirək ki, adekvatlıq əmsalları üzrə normalar müvafiq olaraq 5% və 10%-dir.