Bakı. 3 dekabr. REPORT.AZ/ Kapital Bank Yeni il münasibətilə nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı. Artıq hamı Kapital Bank filiallarına müraciət etməklə, illik faiz dərəcəsi 19%-dən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilərlər.
Aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı –
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün