Bu il aprelin 1-nə "Kapital Bank" ASC-nin aktivləri 12 milyard manat, Bankın müştərilərinə verdiyi kreditlərin məbləği isə 5,3 milyard manat təşkil edib.
Hesabat tarixinə "Kapital Bank"ın depozit portfeli 9 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 265 milyon manat olub.
Bank rüb ərzində 55 milyon manat xalis mənfəət əldə edib.
"Kapital Bank" “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün