“Kapital Bank” ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

“Kapital Bank” ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır Layihə iyulun 31-nə qədər davam edəcək
Maliyyə
25 İyul , 2017 10:41
“Kapital Bank” ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Bakı. 25 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən və iyulun 31-nə qədər davam edəcək “Təhsil avtobusu” Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. 

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, layihə ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Qeyd edək ki, "Təhsil avtobusu” Yay Məktəbi Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.

“Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi