“Kapital Bank”dan Yeni ilə özəl nağd kredit kampaniyası
- 01 dekabr, 2023
- 10:05
Yeniliklərdən dərhal xəbərdar olun!
“Kapital Bank” ASC Yeni ilə özəl nağd kredit kampaniyasına start verir.
Bu gündən başlayaraq dekabrın 30-na qədər davam edəcək kampaniya çərçivəsində nağd kredit əldə edən hər 100-cü müştəriyə kredit ödənişi üçün 100 manat hədiyyə ediləcək.
Kampaniyadan yararlanmaq üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Üstəlik onlayn əldə edilən kreditlərə 2%-ə qədər endirim imkanı təqdim olunacaq. Kampaniyadan yalnız bir dəfə yararlanmaq mümkündür.
Kampaniya haqqında ətraflı məlumat: https://kbl.az/kp1alpfe1c
Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.