"Kapital Bank"da depozit yerləşdirmək indi 50 000 manat qazanmaq fürsəti yaradır

"Kapital Bank"da depozit yerləşdirmək indi 50 000 manat qazanmaq fürsəti yaradır Ölkənin birinci bankı olan "Kapital Bank" ASC yeni depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verir.
Maliyyə
3 Sentyabr , 2024 12:15
Kapital Bankda depozit yerləşdirmək indi 50 000 manat qazanmaq fürsəti yaradır

Ölkənin birinci bankı olan "Kapital Bank" ASC yeni depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verir.

Şərtlərə əsasən, 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 manat olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olma şansı əldə edəcəklər.

İki tirajdan ibarət olan lotereyada iştirakçıları müxtəlif hədiyyələr gözləyir. 4 oktyabr 2024 tarixində keçiriləcək ilk tirajda 40, 7 noyabr 2024 tarixində ikinci tirajda isə 60 qalibə maksimum 2 000 manat olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18 %-dək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 000 manata sahib olacaq.

Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1 000 manat depozit 10 şans, "Birbank" mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1 000 manat üçün 20 şans yaradır.

Kampaniyaya qoşulmaq və ətraflı məlumat üçün: https://kbl.az/dlpr.

"Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Son xəbərlər

Orphus sistemi