“Kapital Bank” “BirKart” müştəriləri üçün lotereya keçirir

“Kapital Bank” “BirKart” müştəriləri üçün lotereya keçirir Bakı. 15 may. REPORT.AZ/ “Kapital Bank” ASC “BirKart” müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. 15 may – 15 sentyabr tarixləri arasında partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
Maliyyə
15 May , 2018 10:11
“Kapital Bank” “BirKart” müştəriləri üçün lotereya keçirir
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ “Kapital Bank” ASC “BirKart” müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. 15 may – 15 sentyabr tarixləri arasında partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. 

Bu barədə “Report”a bankdan məlumat verilib.

Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.

Qeyd edək ki, “BirKart”ı artıq məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

“BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10%-dək “Cash Back” imkanı. Visa kartları əsasında olan “BirKart” 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Son xəbərlər

Orphus sistemi