"Kapital Bank“ Müşahidə Şurasına yeni sədrin təyinatı ilə bağlı rəsmi məlumat yayıb

Maliyyə
  • 27 may, 2015
  • 12:30
Kapital Bank“ Müşahidə Şurasına yeni sədrin təyinatı ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 27 may. REPORT.AZ/ “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. "Report" xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir. 

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.

Yığıncaqda həmçinin “Kapital Bank” ASC-nin Müşahidə Şurasının yeni tərkibi müəyyən edilib, Şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib.

Bununla yanaşı, ümumi yığıncağın daha bir qərarı ilə bankın Audit komitəsinin yeni tərkibi təsdiqlənib və yeni sədr təyin edilib.