"Kapital Bank" 30 manatlıq alış-veriş edənə "Honda"qazandıra bilər

"Kapital Bank" 30 manatlıq alış-veriş edənə "Honda"qazandıra bilər Kapital Bank BirKart müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir.
Maliyyə
1 İyul , 2019 13:16
Kapital Bank 30 manatlıq alış-veriş edənə Hondaqazandıra bilər

"Kapital Bank" "BirKart" müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. 

"Report" xəbər verir ki, 1 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

Şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq KapitalGift kartı, 5 nəfər iPad Mini və 1 nəfər iPhone XS əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Honda Civic avtomobili qazanacaq.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Bu kartları məvacib və təqaüdünü "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin "Kapital Bank"ın istənilən digər filiallarına müraciət edə bilərlər.

"BirKart" haqqında ətraflı məlumat əldə etmək üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. "BirKart" sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi