“JPMorgan"ın maliyyə göstəriciləri pisləşib

Maliyyə
  • 14 aprel, 2020
  • 14:28
“JPMorganın maliyyə göstəriciləri pisləşib

Bu ilin I rübünün yekununda ABŞ-ın “JPMorgan" investisiya bankının vaxtı keçmiş kreditləri 8,29 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Hesabat dövründə Bankın istehlak kreditləri bölməsinin gəlirləri 95%, korporativ və investisiya bankçılığı bölməsinin gəlirləri isə 39% azalıb, yalnız aktivlərin və sərvətlərin idarə edilməsi bölməsinin gəlirləri 3% artıb.

Maraqlıdır ki, son 1 ildə birja treyderlərinin “JPMorgan”a məxsus səhmlərlə apardıqları əməliyyatlardan gəlirləri 28%-dən çox artaraq 2,24 milyard ABŞ dollarına, istiqrazlarla apardıqları əməliyyatlardan gəlirləri isə 34% artaraq 4,99 milyard ABŞ dollarına çatıb.

Yeri gəlmişkən, hazırda Bankın səhmlərinin qiyməti ilin əvvəli ilə müqayisədə 30% azdır. 

Son xəbərlər

Bütün Xəbər Lenti