"JPMorgan Chase": İnvestorlar maliyyə bazarlarında kəskin dəyişikliklərə hazırlaşırlar

"JPMorgan Chase": İnvestorlar maliyyə bazarlarında kəskin dəyişikliklərə hazırlaşırlar Maliyyə aktivlərinin yüksək qiymətlərini dəstəkləyən amillər ortadan qalxacaq
Maliyyə
26 İyun , 2017 17:24
JPMorgan Chase: İnvestorlar maliyyə bazarlarında kəskin dəyişikliklərə hazırlaşırlar
Courtesy İmage

Bakı. 26 iyun. REPORT.AZ/ "Qlobal maliyyə bazarlarında uzun müddətdir davam edən sakitlik investorlara kəskin dəyişikliklərə hazırlaşmaları barədə siqnal verir". 

"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu xəbərdarlığı ABŞ-ın aktivlərinə görə ən böyük bankı olan "JPMorgan Chase"in strategiya üzrə mütəxəssisləri edib.

Bankın Qlobal bazarlarda törəmə maliyyə instrumentləri üzrə araşdırma Departamentinin rəhbəri Marko Kolanoviç bildirib ki, səhm kimi riskli aktivlərin qiyməti bir neçə ildir yüksəlir. Bununla yanaşı onların alqı-satqı həcmlərində azalma yaşanır: "Bu isə real vəziyyəti əks etdirmir".

Kolanoviç Yaponiya və Avropa Mərkəzi banklarının monetar ekspansiyanı sona çatdırmaları və FED-in uçot dərəcəsini artırmağa davam etməsi ilə maliyyə aktivlərindəki yüksək qiymətləri dəstəkləyən amillərin aradan qalxacağını xatırladıb. "JPMorgan Chase" departament müdiri deyib ki, orta müddətdə mərkəzi bankların qərarları maliyyə bazarlarında çalxalanmalara, alqı-satqı əqdlərinin həcmində artıma və risklərin yüksəlməsinə səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi