İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti aradan qaldırılır

İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti aradan qaldırılır Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Maliyyə
14 Dekabr , 2021 15:25
İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti aradan qaldırılır

İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

"Report"un xəbərinə görə, bununla bağlı bu gün Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilib.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Son xəbərlər

Orphus sistemi