İqtisadiyyat Nazirliyi Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib

İqtisadiyyat Nazirliyi Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib Nazirlik və onun strukturuna daxil olan qurumların əməkdaşları işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarını ianə ediblər
Maliyyə
3 Oktyabr , 2020 17:13
İqtisadiyyat Nazirliyi Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib

İqtisadiyyat Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, Nazirlik və onun strukturuna daxil olan qurumların əməkdaşları işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarını ianə ediblər.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Hər şey Vətən üçün, hər şey qələbə üçün!

Son xəbərlər

Orphus sistemi