İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 77 manatdır.
İddiaçılar təkliflərini aprelin 4-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 4-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.