“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 18 aprel, 2022
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerikanın sənaye sektoruna dair fundamental göstəricilərin müsbət açıqlanmasından sonra EURUSD məzənnəsinin enməkdə davam edəcəyi proqnozları güclənib. Təhlillərə əsasən, avro 1.06$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da Avrozonada sənaye sektorunda işgüzarlığı ölçən indeksin (PMI) açıqlanması da investorlar tərəfindən böyük maraqla gözlənilir.
GBP
GBPUSD məzənnəsi fonunda ehtimallar da trendin 1.29$-a kimi davam edəcəyi istiqamətindədir.
Cümə günü saat 12:30-da İngiltərənin də sənaye sektoru ilə bağlı indeks açıqlanacaqdır.
TRY
Türkiyədən inflyasiya göstəricilərinin proqnozların altında dərc edilməsi, lirənin ucuzlaşmasının qarşısını alıb, çünki bu, inflyasiyanın yenidən azala biləcəyinə işarədir.
Belə iqtisadi şəraitin formalaşması ilə lirə də 14TL-yə kimi bahalaşa bilər.
OIL
Enerji birjalarında “OPEC”-in təklifi artıra bilməyəcəyi açıqlamasından sonra Brent neftində yuxarı yönlü dalğalanma başlayıb və bu, bir barelin yenidən 124$-a yüksəlməsinə səbəb ola bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
İnflyasiyanın artmaqda davam etməsi qızıla olan tələbi də artırır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 2021$-a (65 $/qram) kimi dəyər qazana bilər. Həftə ərzində Amerika və Avropa mərkəzi bank sədrlərinin, xüsusilə gələcək pul siyasətlərinə dair çıxışları da önəmli rol oynayacaqdır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.