“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Maliyyə
  • 13 iyun, 2022
  • 07:12
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ İnvestisiya şirkəti"nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada inflyasiyanın son 41 ilin maksimumlarına yüksəlməsi fonunda FED-in daha sərt monetar siyasət xətti izləyəcəyi yönündəki ehtimalların artması EUR/USD məzənnəsinin kəskin ucuzlaşmasına səbəb olmaqdadır.

Təhlillərə əsasən, cütlüyün qiyməti 1,05 ABŞ dolların altında qaldıqca eniş tendensiyası 1,03 ABŞ dollara kimi davam edə bilər.

GBP

GBP/USD məzənnəsində də eniş tendensiyası müşahidə olunur. Əgər 1,23 ABŞ dolların altında qalsa, funt sterlinq 1,21 ABŞ dollara qədər ucuzlaşa bilər.

Bununla yanaşı, İngiltərədə ÜDM göstəriciləri, İngiltərə mərkəzi bankının toplantısı və faiz qərarı investorların diqqət mərkəzində olacaqdır. Həmçinin çərşənbə axşamı baş tutacaq FED toplantısı və qəbul olunacaq faiz qərarı da maraqla gözlənilir.

TRY

1 ABŞ dolları 17 türk lirəsinə qədər bahalaşmasından sonra USD/TRY məzənnəsində qiymətin 18 türk lirəsi hədlərinə qədər yüksələcəyi proqnozlaşdırılır.

OIL

Ötən həftənin son ticarət günündə 121 ABŞ dollara kimi ucuzlaşsa da, neftdə artım trendinin qorunduğu ehtimal olunur.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızıl etibarlı liman rolunu uğurla davam etdirir. 1 865 ABŞ dollardan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1 890 ABŞ dollara (60,77 dollar/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.