"Invest-Az" investisiya şirkətinin nizamnamə kapitalını artırmaq cəhdi baş tutmayıb

Maliyyə
  • 18 iyul, 2018
  • 10:55
Invest-Az investisiya şirkətinin nizamnamə kapitalını artırmaq cəhdi baş tutmayıb

Bakı. 18 iyul. REPORT.AZ/ "Invest-AZ İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalını 2 dəfə artıraraq 1,6 mln. manata çatdırmaq cəhdi baş tutmayıb. 

Bu barədə "Report" şirkətdəki mənbəyə istinadən xəbər verir. 

Məlumata görə, kapital artımı "Invest-AZ"ın dövriyyədə olan 800 ədəd səhminin nominal dəyərini 1 000 manat 2 000 manata çatdırmaq hesabına planlaşdırıb. Lakin investiya şirkətinin səhmdarları son anda bundan imtina edib. 

Xatırladaq ki, "Invest-AZ İnvestisiya Şirkəti" 2006-cı ildə yaradılıb. Onun səhmdarları 60% və 40% payla 2 fiziki şəxsdir.