“International” BOKT-un istiqrazlarına 7 investor maraq göstərib
- 07 noyabr, 2024
- 12:47
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standart bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 7 investor 500 min manatlıq 7 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.