“İnternational" BOKT 1 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 24 iyul, 2025
  • 17:18
“İnternational BOKT 1 milyon manatlıq istiqraz buraxır

“İnternational" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti