İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib
Maliyyə
- 17 aprel, 2025
- 09:44
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.
Qalib şirkətə 38 940 manat ödəniləcək.
İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.
Son xəbərlər
07:07
DÇ-2026: Misir İranla oyunda hesabı açıb - YENİLƏNİR
Futbol07:07
İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
Region07:00
DÇ-2026: Yeni Zelandiya - Belçika matçı start götürüb
Futbol06:47
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
Digər ölkələr06:44
Aleks Baena Uruqvay - İspaniya oyununun ən yaxşısı seçilib
Futbol06:40
Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub
Futbol06:14
İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Region06:01
DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək qrupunu birinci sırada bitirib - YENİLƏNİB-4
Futbol06:01