IMF: Dünya iqtisadiyyatı dəyişikliklərə hazırlaşmalıdır

IMF: Dünya iqtisadiyyatı dəyişikliklərə hazırlaşmalıdır Bir çox iş yerinin itirilməsinin şahidi olacayıq
Maliyyə
27 Fevral , 2018 16:08
IMF: Dünya iqtisadiyyatı dəyişikliklərə hazırlaşmalıdır
AFP 2017/ MANDEL NGAN

Bakı. 27 fevral. REPORT.AZ/ "Dünya iqtisadiyyatı artım nümayiş etdirsə də, iqtisadi landşaftın dəyişməsi ilə əlaqədar monetar siyasətin normallaşdırılması, texnoloji dəyişikliklər və ticarət mübahisələrinin artması riskləri yaranıb". 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard (Christine Lagarde) Cakartada (İndoneziya) keçirilən konfransda deyib. 

IMF rəhbəri 2018-2019-cu illərdə qlobal iqtisadiyyatın 3,9% artacağını proqnozlaşdırıldığını da qeyd edib: "Cənubi-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr ABŞ və Avropada uçot dərəcəsinin artırılmasına hazırlaşır. Mərkəzi Banklar bu amilin maliyyə bazarlarına və kapital axınına təsirinə qarşı diqqətli olmalıdırlar. ASEAN ölkələri uçot dərəcəsinin mənfi təsirindən qurtulmaq üçün daxili tələbat, regional ticarət, iqtisadiyyatın şaxələndirilməsi, texnoloji dəyişikliklər, rəqəmsal valyutaların inkişafına önəm verməlidirlər. Dəyişikliklər bir çox iş yerinin itirilməsinə səbəb olacaq. Onların bəziləri yox olacaq, bəziləri isə avtomatlaşdırmanın təsirinə məruz qalacaq. Əmək bazarı barədə düşünməliyik". 

Son xəbərlər

Orphus sistemi