IMF: "Bu il Azərbaycanın nominal ÜDM-i 53 milyard dollara çatacaq"

IMF: "Bu il Azərbaycanın nominal ÜDM-i 53 milyard dollara çatacaq" Bu il Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 52,6 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
Maliyyə
19 Oktyabr , 2021 14:42
IMF: Bu il Azərbaycanın nominal ÜDM-i 53 milyard dollara çatacaq

Bu il Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 52,6 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.

Məlumata görə, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 23,5 % çoxdur.

Sənədə əsasən, bu göstərici 2023-ci ildə artaraq 54,7 milyard ABŞ dollara çatması gözlənilir.

Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinə istinadən,2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ümumi daxili məhsul istehsal olunub.

Son xəbərlər

Orphus sistemi