İslam İnkişaf Bankının (IDB) missiyası Azərbaycana gəlib.
“Report”un məlumatına görə, missiyaya Bankın eksperti Bayu Sunaryo (Bahyu Ssunaryo) rəhbərlik edir.
Missiya IDB-nin Azərbaycanda dəstəklədiyi 2 əsas layihə ilə bağlı işlərin gedişatını yoxlayacaq. Bu layihələrdən biri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi, digəri isə Azərbaycan hökuməti, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (International Found for Agrecultura Development - IFAD) və IDB-nin birgə layihəsi olan “Kənd yerlərinin kompleks inkişafı layihəsi”dir.
I layihənin icraçısı “Azərsu” ASC, II layihənin icraçısı isə
Missiyanın işini sabah başa çatdırması planlaşdırılır.