“İcraçı Kredit Agentliyi” BOKT-un xalis zərəri 32 % azalıb

Maliyyə
  • 05 may, 2023
  • 07:23
“İcraçı Kredit Agentliyi” BOKT-un xalis zərəri 32 % azalıb

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 161 min manat xalis zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31,8 % azdır.

Ötən il “İcraçı Kredit Agentliyi”nin vergiyəqədərki zərəri 190 min manat (31,2 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 29 min manat (27,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 1,312 milyon manat olub ki, bu da illik müqayisədə 31,1 % azdır. Bunun 915 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2,6 % kiçilib.

Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin öhdəlikləri 75,4 % artaraq 140 min manata çatıb, balans kapitalı isə 12,1 % azalaraq 1,172 milyon manata düşüb.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi”nin 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 272 min manatdır. BOKT-un səhmdarları 33,85%-lik payla Arif Əliyev, 13,84%-lik payla Siyavuş Verdiyev, 13,03%-lik payla Mehman Qurbanov, 7,75%- Aşıxlı Kredit İttifaqı, 6,95% - Şahsevən Kredit İttifaqı, 6,93%-lik payla Masalli Kredit İttifaqı, 3,47%-lik payla Vidadi Musayev, 2,92%-lik payla Samir Cəlilov, 2,36%-lik payla Səbinə İsrafilova, 2,30%-lik payla Digər Təsisçilər, 1,55%-lik payla Tahirə Qurbanova, 1,29%-lik payla Fatma Abbasova, 1,28%-lik payla Yeni Daşkənd Kredit İttifaqı, 1,26%-lik payla İlham İsrafilov, 1,03%-lik payla Astanlı Kredit İttifaqı, 0,21%-lik payla Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti