Cari ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb, bir bankda isə qızıl-ziynət əşyalarının girovu ilə kreditləşmə dayandırılıb.
“Report”un araşdırmasına əsasən, ötən ay “AtaBank”da nağd kreditlər üzrə faiz dərəcələri 23-26%-dən 20-24%-ə, avtomobil – 20-26%-dən 18-26%-ə salınıb, lombard – 22-26%-dən 24-28%-ə artırılıb.
“XalqBank”da nağd kreditlər üzrə faiz dərəcələri 22-28%-dən, avtomobil – 25-28%-dən, təmir – 22-28%-dən 16-20%-ə, təhsil – 18%-dən 15%-ə, biznes – 22-28%-dən 12-19%-ə endirilib.
“Nikoil Bank”da biznes kreditləri 28%-dən 25%-ə, “NBC Bank”da nağd - 24%-dən 22%-ə, “Turanbank”da - mikro, kiçik və orta – 20%-dən 19%-ə, nağd 20%-dən 16%-ə kimi düşürülüb.
Ötən ay "Azər-Türk Bank" lombard kreditləşməsini dayandırıb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Xalq Bank” və “Turanbank”da, ən yüksək – “UniBank”dadır.
Avtomobil kreditləri – “NBC Bank” **down** “Bank BTB” **up**
Təmir kreditləri – “Nikoil Bank” **down** “Xalq Bank”, “Accessbank” **up**
Lombard kreditləri – “Amrahbank” **down** Mugan Bank **up**
Mikro kreditlər – “Bank Respublika”, “Xalq Bank” **down** “Bank of Baku” **up**
Kiçik və orta biznes kreditləri – “AG Bank” **down** “AFB Bank”, “AGBank”, “NBC Bank” **up**