İSB-nin icraçı direktoru dəyişir
Maliyyə
- 20 dekabr, 2016
- 12:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru dəyişəcək.
Bu barədə “Report”a İSB-dən bildirilib.
Məlumata görə, İSB-yə rəhbərlik edən Elxan Quliyevin səlahiyyət müddəti (5 il) başa çatmaq üzrədir. Bu səbəbdən qurumun bu günlərdə tərkibi və rəhbərliyi yenilənmiş Himayəçilər Şurası onun əvəz olunmasına dair qərar qəbul edib. Yeni icraçı direktor hazırda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Fariz Əzizov olacaq.
Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır.
Son xəbərlər
16:34
Liviya korrupsiyaya qarşı mübarizə məsələləri üzrə əməkdaşlıqda maraqlıdır
Digər ölkələr
16:33
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Futbol
16:33
İslam dini haqqında stereotiplərin yayılması beynəlxalq əməkdaşlıq üçün ciddi çağırışlar yaradır - RƏY
Daxili siyasət
16:32
Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib
Hadisə
16:29
MACC: Bakıda İƏT ölkələrində korrupsiyaya qarşı mübarizə üçün mühüm qərarlar qəbul edilib
Digər ölkələr
16:27
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
Futbol
16:23
"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb
Futbol
16:21
Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Analitika
16:20
"Qarabağ" 6 000 manat cərimələnib
Futbol