İranda valyuta-dəyişmə məntəqələrinə dollar alıb-satmaq qadağan olunub

İranda valyuta-dəyişmə məntəqələrinə dollar alıb-satmaq qadağan olunub Bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər
Maliyyə
16 Aprel , 2018 13:12
İranda valyuta-dəyişmə məntəqələrinə dollar alıb-satmaq qadağan olunub

Bakı. 16 aprel. REPORT.AZ/ İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir. 

Son xəbərlər

Orphus sistemi