İran denominasiyaya hazırlaşır

İran denominasiyaya hazırlaşır Bakı. 7 yanvar. REPORT.AZ/ İran Mərkəzi Bankı ölkənin milli valyutası - rialın denominasiya edilməsi ilə bağlı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Maliyyə
7 Yanvar , 2019 11:16
İran denominasiyaya hazırlaşır

Bakı. 7 yanvar. REPORT.AZ/ İran Mərkəzi Bankı ölkənin milli valyutası - rialın denominasiya edilməsi ilə bağlı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Dəyişiklikdən sonra bir “yeni” rial 10 min “köhnə” riala bərabər olacaq. 

Qeyd edək ki, hazırda qonşu ölkədə 1 ABŞ dollarının məzənnəsi, təxminən, 10 min rial təşkil edir. 

Son xəbərlər

Orphus sistemi