“Azərbaycanda vergi islahatlarının həyata keçirilməsində və inzibatçılıqda xüsusi diqqət yetirdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, bu ilin 10 ayında ölkə üzrə vergi ödəyicilərin sayı 10,1% və yaxud 44 608 vahid artıb: “O cümlədən, Əlavə Dəyər Vergisi ödəyicilərinin sayında 32,9% və yaxud 5 941 vahid, obyektlərin sayında gəldikdə isə 7,3% artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.
Nazir bildirib ki, ilin əvvəlindən ölkədə pul kütləsi də artıb: “Bununla belə, nağdlaşdırılan vəsait də 4,2% artıb. Bu, vergilərin hesablanması ilə ödənilməsi arasındakı müddətdən irəli gələ bilər, əslində isə həmin məbləğ azalıb”.