İpoteka və Kredit Zəmanət Fondu aktivlərini 10% artırıb

İpoteka və Kredit Zəmanət Fondu aktivlərini 10% artırıb İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ili 18,641 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
13 Fevral , 2020 13:40
İpoteka və Kredit Zəmanət Fondu aktivlərini 10% artırıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ili 18,641 milyon manat mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 3,5% azdır.

Ötən il İKZF-nin faiz gəlirləri 44,963 milyon manat (əvvəlki ilə nisbətən 6,3% az), faiz xərcləri 18,827 milyon manat (8,1% çox), dəyərsizləşmə üzrə zərəri 455 min manat (56,2% az), haqq və komissiya xərcləri 1,137 milyon manat (əvvəlki il gəlir olub), digər gəlirləri 1,293 milyon manat (11,3% az), insan resursları üzrə xərcləri 4,344 milyon manat (21,8% çox), inzibati və digər xərcləri isə 2,852 milyon manat (61%% çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKZF-nin aktivləri 1 406,159 milyon manat olub ki, bu da illik müqayisədə 10,15% çoxdur. Bunun 998,079 milyon manatı ipoteka kreditləridir. 2019-cu ildə Fondun kredit portfeli 11,5% böyüyüb.

Hesabat dövründə İKZF-nin öhdəlikləri 1,4% artaraq 754,278 milyon manata, o cümlədən borc öhdəlikləri 5,4% artaraq 728,92 milyon manata, balans kapitalı isə 22,4% artaraq 651,781 milyon manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 566 milyon manata çatıb. 

Son xəbərlər

Orphus sistemi