"İpək Yolu Sığorta"da ödəniş-yığım nisbəti 1%-ə çatmır

"İpək Yolu Sığorta"da ödəniş-yığım nisbəti 1%-ə çatmır Sığorta şirkətinin daxilolmaları illik müqayisədə 16% artıb
Maliyyə
252
21 İyun , 2016 14:42
İpək Yolu Sığortada ödəniş-yığım nisbəti 1%-ə çatmır

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın "İpək Yolu Sığorta" ASC-nin yığımları 2016-cı ilin yanvar-may aylarında 10 018,034 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çoxdur.

Hesabat dövründə "İpək Yolu Sığorta"nın ödənişləri də artıb. Belə ki, şirkət 5 ay ərzində 39,512 min manat ödəniş edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında "İpək Yolu Sığorta" topladığı hər 100 manat sığorta haqqının 0,4 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-may aylarında 0,2% olub.

Son xəbərlər

Orphus sistemi