İngiltərə Mərkəzi Bankı tarixində ilk dəfə xəzinəni birbaşa maliyyələşdirəcək

İngiltərə Mərkəzi Bankı tarixində ilk dəfə xəzinəni birbaşa maliyyələşdirəcək İngiltərə hökuməti koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata təsirini azaltmaq üçün ölkənin Mərkəzi Bankından (BoE) milyardlarla funt-sterlinq borc almağı planlaşdırır.
Maliyyə
9 Aprel , 2020 15:36
İngiltərə Mərkəzi Bankı tarixində ilk dəfə xəzinəni birbaşa maliyyələşdirəcək
0 : 00
0 : 00

İngiltərə hökuməti koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata təsirini azaltmaq üçün ölkənin Mərkəzi Bankından (BoE) milyardlarla funt-sterlinq borc almağı planlaşdırır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bununla da “BoE” tarixində ilk dəfə xəzinəni birbaşa maliyyələşdirəcək.

Ekspertlər bildirirlər ki, belə addımlar tarixən inflyasiyanı kəskinləşdirib, bundan başqa, mərkəzi bankların müstəqilliyini şübhə altına qoyur.

Qeyd edək ki, İngiltərə Bankının prezidenti Andrey Beyli “Financial Times” qəzetindəki məqaləsində virusun təsirlərini azaltmaq üçün pul maliyyələşdirməsi fikrini rədd etmişdi.

Fiskal Tədqiqatlar İnstitutunun məlumatına görə, koronavirusun ölkə iqtisadiyyatında yaratdığı ağır maliyyə vəziyyəti və vergi daxilolmalarının azalması ilə cari maliyyə ilində əlavə olaraq 130 milyard funt-sterlinqə ehtiyac olacaq ki, bu da ümumi maliyyələşdirmə ehtiyacını 290 milyard funt sterlinqə çatdıracaq.

Son xəbərlər

Orphus sistemi