İcbari Sığorta Bürosu işçilərinin sayını artırıb

Maliyyə
  • 22 iyun, 2020
  • 12:29
İcbari Sığorta Bürosu işçilərinin sayını artırıb

Bu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun işçilərinin sayı 36 nəfər təşkil edib.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 nəfər və yaxud 16,1% çoxdur.