Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilmiş vəsaitin məbləği 50% artıb

Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilmiş vəsaitin məbləği 50% artıb Bakı. 10 may. REPORT.AZ/ 2017-ci ildə yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı il ilə müqayisədə 50% çox vəsait bərpa edilib.
Maliyyə
10 May , 2018 14:43
Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilmiş vəsaitin məbləği 50% artıb
Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ 2017-ci ildə yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı il ilə müqayisədə 50% çox vəsait bərpa edilib.

“Report” bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqqında hesabatına istinadən xəbər verir.

2017-ci ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 694,1 min manat, 62,4 min ABŞ dolları, və 775,4 Avro, qurumların hesablarına 1704,9 min manat, əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə 2 519,2 min manat və 11,4 min ABŞ dolları, ümumilikdə 16 918,2 min manat, 73,8 min dollar və 775,4 Avro, DSMF-in büdcəsinə 1 120,9 min manat məbləğində vəsaitin bərpası təmin edilib.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur.

Son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib. 

Son xəbərlər

Orphus sistemi