Hesablama Palatası smeta xərclərinin icra göstəricisini azaldıb

Hesablama Palatası smeta xərclərinin icra göstəricisini azaldıb 2021-ci ildə Hesablama Palatasının xərcləri 7,423 milyon manat təşkil edib ki, bu da onun təsdiq edilmiş xərclər smetasının 81,2%-i qədər olub.
Maliyyə
17 Yanvar , 2022 17:27
Hesablama Palatası smeta xərclərinin icra göstəricisini azaldıb

2021-ci ildə Hesablama Palatasının xərcləri 2020-ci illə müqayisədə 1,2% çox - 7,423 milyon manat təşkil edib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, bu, təsdiq edilmiş xərclər smetasının 81,2%-i qədərdir. Xatırladaq ki, 2020-ci ildə Palata xərclər smetasını 82,2% icra etmişdi.

Ali Audit Qurumunun ötənilki xərclərinin 60,7%-i və yaxud 4,508 milyon manatı əmək haqqı xərcləridir. Bu isə təsdiq edilmiş xərclər smetasının 80,4%-i olmaqla illik müqayisədə məbləğ olaraq 5,75% azdır.

Son xəbərlər

Orphus sistemi