Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinə rəy verib

Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinə rəy verib Qurumun kollegiyasının növbəti iclası keçirilib
Maliyyə
22 İyun , 2017 12:31
Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinə rəy verib
Report

Bakı. 22 iyun. REPORT.AZ/ Hesablama Palatasının Kollegiya iclasında “2017-ci ilin dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə qurumun verdiyi rəy müzakirə edilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, qanun layihəsinin Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı qərar qəbul olunub.

İclasda, həmçinin həyata keçirilmiş dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin nəticələrinə dair Hesabatlar da müzakirə olunub.

Kollegiyaya dəvət olunmuş adı çəkilən nazirliyin qparat rəhbəri Rüfət Həsənov və Mühasibat Uçotu sektorunun müdiri Əkrəm Hətəmov müzakirələrdə iştirak edib, kollegiya üzvlərinin suallarını cavablandırıblar.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi