2019-cu ildə Hesablama Palatası 21,3 milyon manat vəsaitin bərpasını təmin edib.
"Report" xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.
Onun sözlərinə görə, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondlarına, 335 min manatı isə dövlət qurumlarının hesablarına bərpa olunub.
Bundan başqa, V.Gülməmmədov qeyd edib ki, ötən il 3 milyon manat dəyərində mal və materialın natura formasında bərpası, 1,1 milyon manat dəyərində görülməmiş işlərin yerinə yetirilməsi, 2,8 milyon manat artıq ödənilmiş vəsaitin sonrakı ödəmələr hesabına əvəzləşdirilməsi, 5,4 milyon manat dəyərində debitor borcların bağlanması, 376 min manat dəyərində əsassız kreditor borcların ləğvi təmin olunub.