EBRD və DEG Azərbaycanın məşhur supermarketlər şəbəkəsinə 10 mln avro kredit ayırır
- 04 iyul, 2019
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) və Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) "Araz" supermarketlər şəbəkəsinin anbar əməliyyatlarını təkmilləşdirməsi üçün 10 mln avro dəyərində kredit ayırir.
“Report” xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.
Məlumata görə, ayrılan vəsait supermarketlər şəbəkəsinin anbar və ticarət fəaliyyətini genişləndirməsinə yardımçı olacaq.
Ayrılan kredit nəticəsində supermarket pərakəndə satış və anbar sahəsini 3 dəfədən də çox artıraraq, 12 600 kvadratmetrdən 42 600 kvadratmetrə qədər artıracaq. Həmçinin şəbəkənin anbarlarının davamlılıq standartlarına uyğun genişləndirilməsi “BREEAM-Good” və “LEED-Silver” sertifikatlarının alınmasına yönəldilib. Bu sertifikatlar enerjiyə əhəmiyyətli dərəcədə qənaət edilməsini, tikinti sahələrinin daha səmərəli idarəedilməsini, sudan istifadənin effektivliyini, tikinti materiallarının emalını və tullantılarının minimuma endirilməsini özündə ehtiva edir.
Qeyd edək ki, EBRD və DEG hərəsi "Araz" marketə 5 mln avro dəyərində kredit ayırır.