"2018-ci ilin dölət büdcəsinin gəlir və xərclərlə bağlı artımı son 7 ildə ən böyük göstərici olub".
“Report” xəbər verir ki, bunu bu gün
Onun sözlərinə görə, əsas diqqət çəkən məqam ondan ibarətdir ki, dövlət büdcə xərclərin artım tempi ümumi daxili məhsulun artım tempini üstələyir.
“Hesabat ilində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi proqnozları artıqlaması ilə yerinə yetirib. 2018-ci ilin dövlət büdcəsi 20 mənbə üzrə daxilolmalar hesabına formalaşdırılıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz 100 faizdən artıq, 7-i üzrə kəsirlə icra edilib. Dövlət büdcə gəlirlərində neft amili yenə də dominantlıq təşkil edib. Lakin qeyri-neft sahələrinin gəlirlərində proqnoza nisbətən 3,5 faiz, əvvəlki ilə nisbətən isə 5,5 faiz artım olub. İkinci artıq ödəmə və borc məbləğləri ilə bağlıdır. Hesabat ilində vergi ödəyicilərinin dövlət büdcəsinə cəmi artıq ödəmə məbləği 2 milyard manat təşkil edib. Bu da 1 yanvar 2018-ci il tarixə olan göstəricidən 21,4 faiz azdır. Təhlil göstərir ki, dövət müəssisələrinin dövlət büdcəsinə artıq ödəmə məbləğinin azalması fonunda xüsusi mülkiyyətdə olan vergi ödəyiciləri üzrə mütləq həcm hələ ki, yüksək olaraq qalıb. Artıq ödəmə məbləğinin azalması fonunda hesabat ilində dövlət büdcəsinə borcların məbləği cəmi 3,8 faiz artıb. Artım əsasən faiz borclarının əhəmiyyətli artımı hesabına olub. 2018-ci ildə vergi borclarının əsas qeyri-neft sektorunun, mülkiyyət növü üzrə bölgüdə isə qeyri-dövlət sektorunun payına düşüb. Ümumiyyətlə, ayrı-ayrı tədiyyə növlərinin icra səviyyəsinə də məhz artıq ödəmə məbləğlərinin mövcudluğu, cari ildə bu məbləğin nəzərəçarpacaq dərəcədə azalması, hesablanmış, eləcə də ödənilmiş vergilərin məbləği də təsir göstərib. İcra edilmiş məbləğlərə baxdıqda, bəzi istiqamətlər üzrə proqnozlaşdırıldığından daha çox vəsaitin daxil olduğu, bəziləri üzrə nəzərəçarpacaq kəsirlərin olduğu nəzərə çarpır”.
V.Gülməmmədov bəzi tədiyyə növləri icra səviyyəsinin aşağı olmasının vergi-büdcə siyasətinin əsas istiqamətləri üzrə müəyyən edilmiş hədəflərə nail olmaq vəziyyətinə də təsir göstərdiyini qeyd edib: “Ümumiyyətlə, bəzi vergi növlərinin icra səviyyəsinin makroiqtisadi inkişaf meylləri ilə tam uyğunluq təşkil etməməsi də hesabat ilində icra edilmiş dövlət büdcəsinin gəlirlərini xarakterizə edən amillərdən olub. Bu, bəzi tədiyyə növləri üzrə fiziki şəxslərdən gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər üzrə daha nəzərəçarpacaq dərəcədə olub. 2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz həcmdə icra olunub. Bu, çox müsbət bir göstəricidir. Bununla yanaşı, istərdik ki, dövlət büdcəsinin xərclərinin icrası ilə bağlı olan bəzi amilləri də vurğulayaq. İlk növbədə hesabat ilində dövlət büdcə xərclərini xarakterizə edən amil xərclərin artım tempinin ümumi daxili məhsulun artım tempini üstələməsidir. Əvvəlki illə müqayisədə 2018-ci ildə büdcə xərclərinin artım tempi ÜDM-in artım tempindən 15,8 faiz bənd çox olub. Büdcə xərclərinin strukturunda əlavə dəyər yaradan xərclərin məbləği hesabat ilində əhəmiyyətli çəkidə artıb. Bununla yanaşı, investisiya xərclərinin strukturu büdcənin qeyri-neft sektorunun əhəmiyyətli drayverinə çevrilməsinə qismən mane olub, beləliklə, büdcənin iqtisadiyyatdan daha sürətlə artımına gətirib çıxarıb”.