Gürcüstanda orta aylıq əməkhaqqı azalıb

Gürcüstanda orta aylıq əməkhaqqı azalıb Bu ilin II rübündə qonşu ölkədə bu qöstərici 366 ABŞ dolları təşkil edib
Maliyyə
15 Sentyabr , 2020 13:21
Gürcüstanda orta aylıq əməkhaqqı azalıb

Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1 150,1 lari (366 ABŞ dolları) təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə əmək haqqı 29,6 lari və yaxud 2,5% azalıb.

Aprel-iyun aylarında qonşu ölkədə ən yüksək maaş 2 040,9 lari (649 ABŞ dolları) olmaqla maliyyə və sığorta sahəsində qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% azdır.

Yüksək maaşlı digər sahələrin siyahısında informasiya və kommunikasiya (1 932,8 lari və ya 615 ABŞ dolları), peşə, elmi və texniki fəaliyyət (1 786,9 lari və ya 568 ABŞ dolları), tikinti (1 621,4 lari və ya 515 ABŞ dolları) yer alıb.

Hesabat dövründə Gürcüstanda kişilərin orta aylıq maaşı 1 352,4 lari (430 ABŞ dolları), qadınlarınkı isə 924,2 lari (394 ABŞ dolları) səviyyəsində olub.    

Son xəbərlər

Orphus sistemi