Gürcüstan iqtisadiyyatı ötən il 6 %-dən çox kiçilib

Gürcüstan iqtisadiyyatı ötən il 6 %-dən çox kiçilib 2020-ci idə Gürcüstanda ümumi daxili məhsul (ÜDM) istehsalının dəyəri 2019-cu illə müqayisədə 6,1 % az olub.
Maliyyə
29 Yanvar , 2021 11:21
Gürcüstan iqtisadiyyatı ötən il 6 %-dən çox kiçilib

2020-ci idə Gürcüstanda ümumi daxili məhsul (ÜDM) istehsalının dəyəri 2019-cu illə müqayisədə 6,1 % az olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Təkcə ötən ilin dekabr ayında isə qonşu ölkənin iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 7,9 % kiçilib.

Ötən ay Gürcüstanda yalnız maliyyə və sığorta, su təchizatı, tullantıların idarə olunması, informasiya və kommunikasiya, mədənçıxarma sənayesində artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi