"Günay Sığorta"ya yeni sədr təyin edilib

"Günay Sığorta"ya yeni sədr təyin edilib “Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Maliyyə
7 İyun , 2023 16:59
Günay Sığortaya yeni sədr təyin edilib

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, Omarxan İsayevdir.

O, sədr vəzifəsində Pərviz Rzayevi əvəz edib.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi