“Günay Sığorta” ötən ili zərərlə başa vurub

Maliyyə
  • 02 aprel, 2022
  • 08:05
“Günay Sığorta” ötən ili zərərlə başa vurub

“Günay Sığorta” ASC 2021-ci ili 1,125 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 325 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Günay Sığorta”nın gəlirləri 10,378 milyon manat (əvvəlki ilə nisbətən 12,1% çox), xərcləri 11,503 milyon manat (31,8% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 16,354 milyon manat olub ki, bu da illik müqayisədə 9,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,5% artaraq 7,482 milyon manata, balans kapitalı 8,2% artaraq 8,872 milyon manata, nizamnamə kapitalı isə 6,5% artaraq 8,2 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,2 milyon manatdır. Şirkətin səhmləri Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti